“Lockheed Martin” lazer silahı üzərində işləyir
    • 24-07-2024, 21:58
    • 424

“Lockheed Martin” lazer silahı üzərində işləyir

Amerikanın “Lockheed Martin” kompaniyası hava hücumlarını dəf edəcək lazer silahları üzərində çalışır.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Lockheed Martin” kompaniyasının vitse-prezidenti Maykl Uilyamson bu barədə Londonda keçirilən “Farnborough 2024” beynəlxalq aviaşousu zamanı “Politico” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, kompaniya gələcəkdə hava hücumlarını dəf etmək üçün lazer şüasını 100 kilometrdən çox proyeksiya etməyə imkan verəcək silah hazırlayacaq. Lazer silahına tələbatın getdikcə artdığı qeyd edən Maykl Uilyamson baha başa gələn hava hücumundan müdafiə sistemlərinin dronları məhv etmək üçün səmərəli olmadığını vurğulayıb.

Qeyd edək ki, iyulun 22-də Böyük Britaniya Müdafiə Nazirliyi “Wolfhound” zirehli döyüş maşınının bazasında hazırlana lazer silahının ilk sınaqlarını həyata keçirib. “Porton-Daun” poliqonunda keçirilən sınaqlar zamanı lazer silahı bir kilometr uzaqlıqdakı hədəfləri zərərsizləşdirə bilib. Həmin silahın ilk növbədə pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacağı planlaşdırılır.