Saatda 120-yə yaxın meteor görmək mümkün olacaq - Vaxt açıqlandı
    • 25-07-2024, 20:23
    • 319

Saatda 120-yə yaxın meteor görmək mümkün olacaq - Vaxt açıqlandı

Perseid meteor axını avqustun 12-nə keçən gecə pik həddinə çatacaq.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Moskva Planetariumunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, astronomlar güclü meteor yağışı proqnozlaşdırırlar. Belə ki, maksimumda zenitdə saatda 120-yə qədər meteorun görünməsi proqnozlaşdırılır.

Yağış ən yaxşı gecənin ikinci yarısında və səhər saatlarında - şərq istiqamətində və üfüqdən yüksəkdə müşahidə olunur.

Səmada çoxlu “atan ulduzların” göründüyü perseidlərin aktiv fazası avqustun 10-da başlayacaq.