Pediatr yeni doğulmuş uşağı QAÇIRDI
    • 25-07-2024, 21:17
    • 136

Pediatr yeni doğulmuş uşağı QAÇIRDI

Braziliyanın Qoyas əyalətində 42 yaşlı tibb işçisi uşağı qaçırdığı üçün həbs edilib. 

News24.az xəbər verir ki, müstəntiqlərin fikrincə, həkim Klaudiya Alves ana və uşağın yatdığı otağa daxil olaraq qızı bel çantasına qoyub və xəstəxanadan çıxarıb.

Qızlarının itdiyini görən valideynlər polisə müraciət ediblər. Kamera görüntülərinə baxdıqdan sonra hüquq-mühafizə orqanları şübhəlinin yerini müəyyənləşdirib. 

Uşaq dayə ilə Alvesin evində olub. Polis otaqlarda və onun maşınında çoxlu uşaq əşyaları, oyuncaqlar və uşaq bezləri tapıb.

Yeni doğulmuş körpə ailəsinə qaytarılıb. Həkim isə həbs olunub.

Məryəm İlhamqızı