-
- 26-07-2024, 09:02
- 355
Ailə faciəsi: Anasını bıçaqladı
Ankarada iddialara görə, psixoloji pozuntusu olan D.K. anası Z.K ilə yaşadıqları binanın eyvanında mübahisə etməyə başlayıb.
News24.az xəbər verir ki, səs-küydən ətrafdakı binalarda yaşayan insanlar da pəncərələrindən və eyvanlarından ana ilə qızın mübahisəsinin şahidi olublar. Gərginlik zamanı D.K mətbəxdən bıçağı götürərək anasına hücum edib.
Qadının kömək çağırışı üzərinə yaxınlıqda yaşayanlar 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Xəbər üzərinə qısa müddətdə polis, xilasetmə və sağlamlıq qrupları ünvana sövq edilib.
Xəsarət alan ana Z.K hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Müalicə altında olan ananın vəziyyətinin yaxşı olduğu öyrənilib. Bu vaxt polis qrupları D.K.-nı nəzarətə götürərkən, hadisə ilə əlaqədar istintaq başladılıb.
Günel Məlikzadə