-
- 26-07-2024, 20:14
- 287
"Apple" qatlana bilən iPhone modelini təqdim etməyə hazırlaşır
"Apple"ın yaxın iki il ərzində qatlana bilən iPhone modelini təqdim edəcəyi irəli sürülüb.
News24.az "Unikal"-a istinadla xəbər verir ki, ABŞ texnologiya şirkəti qatlanan modeldə ekranın ortasında yarana biləcək qırışların qarşısını almağı hədəfləyir.
Qeyd olunub ki, "Apple" yaxın iki il ərzində ilk qatlana bilən iPhone modelini təqdim edəcək.
Bəzi məlumatlara görə, "Samsung Galaxy Flip"ə rəqib olacağı gözlənilən bu yeni modelin “iPhone Flip” adlanacağı bildirilib.