Apa-nın 3 gündür fəaliyyətinin dayanması nə ilə bağlıdır? - Vüsalə Mahirqızı
    • 3-08-2018, 13:21
    • 1 220

Apa-nın 3 gündür fəaliyyətinin dayanması nə ilə bağlıdır? - Vüsalə Mahirqızı

Azərbaycanda böyük mətbuat orqanlarından olan "APA Holding” MMC-yə daxil olan saytların fəaliyyəti 3 gündür ki, dayandırılıb.

News24.az xəbər verir ki, holdinqin rəhbəri  Vüsalə Mahirqızı saytların fəaliyyətini dayandırması ilə bağlı öz feysbuk profilində qısa açıqlama verib.

Şirkət rəhbəri bildirib ki, hazırda araşdırma aparılır: "Müəyyən problemlər yarandığına görə, "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.