Deputatı öldürməkdə təqsirləndirilən gənc günahsız olduğunu deyir
    • 27-07-2024, 08:24
    • 288

Deputatı öldürməkdə təqsirləndirilən gənc günahsız olduğunu deyir


Ukrayna Ali Radasının keçmiş deputatı İrina Farionu güllələyən Vyaçeslav Zinçenko günahsız olduğunu bildirib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

"Mən Fariona heç nə etməmişəm, həmin şəxs mən deyiləm", - deyə Zinçenko bildirib. 

O, əlavə edib ki, Lvova “maraqlı şəhər” olduğu üçün gəlib. Rusiya kəşfiyyat xidmətləri ilə mümkün əlaqələrə dair sualı cavablandırarkən, o, ruslara mənfi münasibət bəslədiyini deyib.