-
- 29-07-2024, 10:35
- 2 550
Ağadadaşla bağlı “yeni” görüntü yayıldı: vəkili aydınlıq gətirdi
“Xalq artisti Ağadadaş Ağayevin son günlərdə hansısa toy məclisində iştirak etməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir”.
News24.az bildirir ki, bunu Globalinfo.az-a açıqlamasında A.Ağayevin vəkili Asim Abbasov deyib.
O, videonun yeni olmadığını bildirib:
“Görüntülər yeni deyil. Ağadadaş Ağayev hazırda həkim nəzarəti altındadır. O, necə toyda və ya başqa şənliklərdə çıxış edə bilər?! İzləyicilərə feyk məlumatlara baş qoşmamağı tövsiyə edirəm. Real video olarsa, A.Ağayev özü mütləq açıqlama verəcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Xalq artisti Ağadadaş Ağayevin “Medera”da baş verən insidentdən sonra ilk məclisinə qatılması ilə bağlı xəbər və video yayılıb.
Xatırladaq ki, 22 iyul saat 07 radələrində Xalq artisti Ağadadaş Ağayev “Medera” hospitalının gözətçisi Nurəddin Cəlilovla əlbəyaxa dava edib.