Vahid Əhmədov geri çəkilməsindən danışdı
    • 29-07-2024, 11:27
    • 338

Vahid Əhmədov geri çəkilməsindən danışdı

Artıq yorulmuşam, istirahət etmək istəyirəm. Ailəm də gördü ki, mənim istirahətə ehtiyacım var.

News24.az bildirir ki, bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin üzvü olmuş Vahid Əhmədov deputatlığa namizədliyini geri götürməsini izah edərkən deyib.

“Burada başqa heç bir problem yoxdur. Bu, özümün istəyimdir”, - deyə o əlavə edib.

Vahid Əhmədov yeni parlament formalaşana qədər deputat statusunda qaldığını xatırladıb: “Elmlə, yoxsa başqa bir işlə məşğul olacağımla bağlı qərarlar ondan sonra veriləcək”.