Məşhur aparıcı vəfat etdi
    • 29-07-2024, 12:01
    • 1 040

Məşhur aparıcı vəfat etdi

Türkiyəli teatr artisti və aparıcı Kənan İşıq dünyasını dəyişib. Məşhur aktyor beyin qanaması nəticəsində 10 il komada olub.

News24.az xəbər verir ki, 1947-ci ildə Malatyada anadan olan Kənan İşıq Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Dövlət İdarəçiliyi fakültəsini bitirib. İşıq 1972-ci ildə Dövlət Teatrları Baş İdarəsinin rəssamı olub. Kənan İşıq həm də Şəhər Teatrlarının Baş Bədii Direktoru vəzifəsində çalışıb.

Sənətkar karyerası ərzində bir çox teatr əsəri yazıb. 

Qeyd edək ki, 2014-cü ildə idman etdikdən sonra saunaya girən Kənan İşıq xəstələnərək müvazinətini itirib və başını yerə çırpıb, nəticədə beyninə qan sızıb.

Günel Məlikzadə