2 rəfiqə ölü kişini banka gətirib, pulunu çıxartdı
    • 29-07-2024, 21:23
    • 252

2 rəfiqə ölü kişini banka gətirib, pulunu çıxartdı

63 yaşlı Karen Kasbom 80 yaşlı sevgilisi öldükdə dələduzluğa əl atıb.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, kişinin bank hesabında pul olduğunu bilən qadın rəfiqəsi ilə plan qurur.

O, kişinin ölüm xəbərini yaymadan və hələ dəfn etmədən pulları çıxarmaq istəyir.

Rəfiqələr Duqlasın meyitini maşına əyləşdirib, banka gediblər.

Avtomobili elə parkinq edirlər ki, bankın pəncərəsindən kişi görünür.

Karen bank əməkdaşına müştərinin 900 dollar çıxarmaq istədiyini amma halı pis olduğu üçün maşından çıxa bilmədiyini deyərək pasportu və hesabı təqdim edib.

Pəncərədən boylanan kassir maşında kişini görür və qadına inanaraq, pulu onlara verir.

Daha sonra onlar yaxınlıqdakı tibbi məntəqəyə gəlib meyiti onun qapısında yerə atıb maşını sürüb gediblər.

Lakin polis hərəkətə keçərək 2 rəfiqəni tutub, indi onları 2 maddə ilə cəza gözləyir. Ola bilsin ki, Duqlası elə sevgilisi hansısa yolla öldürüb.