İradə Hü­sey­novanın kitablarının təqdimat mərasimi keçirilib - FOTOLAR
    • 30-05-2019, 19:09
    • 887

İradə Hü­sey­novanın kitablarının təqdimat mərasimi keçirilib - FOTOLAR

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi”,  “Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyi” və “Azərkitabın” təşkilatçılığı ilə Azərkitab kitab evində Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” ka­fed­ra­sının müdiri, tarix elmləri doktoru, pro­fessor, Azər­bay­can Res­pub­likasının Əməkdar müəllimi, YAP Siyasi Şu­ra­sının üzvü, Elm, təhsil və innovasiyaların in­ki­şafında xidmətlərinə görə Beynəlxalq “Sok­rat” mükafat ılaureatı,Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü və həmin akademiyanın Beynəlxalq Qızıl ulduz mükafatı laureatı, Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən Dünya elminə və Təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” Beynəlxalq titulu,mükafatı laureatı və Dünya Elminə göstərdiyi xidmətlərinə görə “Avropa Xidmət Ordeni” ilə təltif edilən İradə Meh­ti­qu­lu qızı Hü­sey­novanın kitablarının təqdimat mərasimi keçirilib. 
                                                                     
News24.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə “Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyi”nin  sədri Arzu Bağırova açaraq, dedi ki, bu gün ki, tədbir tanınmış elm və ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor İradə Hüseynovanın yaradıcılığına həsr edilmişdir. 
- O, vurğulayıb ki, İradə Hüseynova Əliyevşünas və qafqazşünas alim kimi 300-ə yaxın elmi əsərin – Əliyevşünaslıq elminə dəyərli töhfələr olan “Dövlətçilik naminə” (Bakı, 2001, 286s.), “Müstəqilliyimizin təminatçısı”  (Bakı, 2003, 502 s.), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004, 472 s.), “Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру” (Bakı, 2005, 503 c.), “Tarix.Zaman.Düşüncələr”. I cild. (Bakı 2016, 512 s.) adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində  - “Qafqaz xalqlarının tarixi” (Bakı, 2006, 603 s.); “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2008, 670 s.) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq “Историческая энциклопедия Кавказа” (Bakı, 2010, 956 c.) adlı ensiklopedik nəşrin müəllifidir. Eyni zamanda Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının, tədris proqramlarının,  Qafqaz xalqlarının tarixinə dair dərs vəsaitlərinin, və son ildəişıq üzü görən, 1248 səhifədən ibarət fundamental dərslik –monoqrafiyanın və digər samballı tədqiqatların müəllifidir: "Ayrı-ayrı illərdə professor İradə Hüseynovanın tədqiqat əsərlərinə dəfələrlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ verilib və alimin əsərləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən mühüm elmi nəticə kimi illik hesabatlara daxil edilib".

AMEA-nın həqiqi üzvü, AMEA-nın ictimai elmlər bölməsinin akademik-katibi professor Nərgiz Axundova bildirib ki, tanınmış ictimai-siyasi və elm xadimi, müxtəlif vaxtlarda məsul dövlət vəzifələrində çalışan tarix elmləri doktoru, professor İradə Hüseynova Əliyevşünaslığın, qafqazşünaslığın inkişafında xüsusi xidmətləri olan görkəmli alimdir və bu sahədə də gözəl elmi məktəb yaratmışdır. Onun gənc kadrların hazırlanmasında böyük xidmətləri var. Professor İradə Hüseynovanın elmi rəhbərliyi ilə bir çox gənc alim elmi-tədqiqat işləri aparmış, fəlsəfə doktoru və elmlər doktoru adını almaq üçün dissertasiyalar müdafiə etmişdir, bu proses bu gün də əzmlə davam etdirilir. Əliyevşünaslıq məktəbi professor İradə Hüseynovanın yaratdığı dəyərli əsərlərlə, yeni-yeni tədqiqatlarla, fundamental araşdırmalarla, hazırladığı kadrlarla bu gün də zənginləşir və Azərbaycan dövlətçiliyinə xidmət edir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib ki, hər bir insan biliklə, elmlə ucalır. Dahi sairimiz böyük Nizami deyirdi: “Qüvvət elmdədir, basqa cür heç kəs, heç kəsəüstünlük eyləyə bilməz.Hər uca rütbədən biliniz, fəqət, alimin rütbəsi ucadər əlbət”.Yüksək humanist ideallarına xidmət edən, həyatını cəmiyyət və insanlar üçün gərəkli fəaliyyətlərə yönəldən səxs, deməli, mənalı həyat yasamış, ömrünüəbəs yerəsərf etməmişdir. Belə dəyərli insanlardan biri tanınmış elm, ictimai və dövlət xadimi, professor İradə Hüseynovadır.

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva çıxış edərək bildirib ki, belə tədbirlərin keçirilməsi çox vacibdir və əlamətdardır. Xüsusi ilə kitablara marağı, diqqəti artırmaq üçün professor İradə xanım Hüseynova kimi tanınmış alimlərin, ziyalıların yaradıcılığına müraciət etmək, onlarla görüş keçirmək böyük əhəmiyyət kəsb edir. İnsanlar nə qədər çox dəyərli, məzmunlu kitablara, elmi araşdırmalara müraciət edərlərsə bir o qədər cəmiyyətimizin intelektual səviyyəsi yüksək olar. Təbii sərvətdəndə üstün intelekt sərvətidir. Hər bir dövlətin, cəmiyyətin gücü onun intelektual potensialı ilə şərtlənir. Bu mənada dəyərli dərsliklərin, elmi tədqiqat əsələrinin,monoqrafiyaların işıq üzü görməsi təqdirə layiqdir. Mən bizim dəyərli ziyalımız, dövlətçiyimizə, elmimizə sədaqətlə xidmət edən İradə xanıma gələcək yaradıcılığında yeni-yeni nailiyyətlər arzu edirəm.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Siyasi Araşdırmalar İnstitutu"nun direktoru millət vəkili,   siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxış edərək, bildirdi ki, İradə xanım elə müəllimlərdəndir ki, o öz yüksək intelekti, təəsübkeşliyi ilə hər bir dərs dediyi tələbənin həyatında dərin izlər qoyur, əlçatmaz ali bir zirvə, müqəddəs varlıq kimi yaddaşlarda həkk olur. Eyni zamanda  İradə xanım yüksək mənəvi, insani keyfiyyətlərə malik olan bir insandır. Hansı vəzifədə olur olsun o, heç vaxt öz dəyərlərini, alicənablığını, prinsiplərini dəyişməyib. Sözün əsl mənasında əqidə saflığı yaşayan alim, bizim hər birimiz üçün örnək olan bir şəxsiyyətdir.