-
- 30-07-2024, 10:56
- 401
“Qarabağ” cavab oyununa çıxır
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab qarşılaşmasına çıxacaq.
News24.az "Unikal"a istinadla xəbər verir ki, Ağdam təmsilçisi səfərdə 2:0 hesabı ilə məğlub etdiyi Cəbəllütariqin “Linkoln” komandasını doğma meydanda qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk ,Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək.