Bakı metrosunda intihara cəhdlə bağlı - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda intihara cəhdlə bağlı - RƏSMİ AÇIQLAMA Sosial
Bir neçə dəqiqə öncə metronun 28 May stansiyasında intihara cəhd hadisəsi olub. 

News24.az
-ın verdiyi xəbərə görə, hazırda qatarların hərəkəti bərpa olunub. Bu haqda Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, intihara cəhd edən şəxs qadın olub: "Hadisə 9:35-də baş verib. Intihara cəhd edən 54 yaşlı Bakı sakini Asya Əmirovadır. Qadın relslərin arasında çıxarılıb və o sağdır. Hazırda qatarların hərəkəti bərpa edilib".