378 min Aİ-yə əsaslanan ixtira
    • 30-07-2024, 21:00
    • 246

378 min Aİ-yə əsaslanan ixtira

Sinxua agentliyinin xəbərinə görə, Çin Milli Əqli Mülkiyyət Administrasiyasının (CNIPA) yüksək səviyyəli rəsmilərindən olan Gı Şu, paytaxt Pekində təşkil edilən mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Gı, Çində süni intellektə əsaslanan ixtira patentlərinin sayının 2023-cü ilin sonunda bir əvvəlki ilə nisbətən 40%-dan çox artaraq 378 minə çatdığını söyləyib.

Çinin əsas rəqəmsal iqtisadiyyat sektorlarında təsdiqlənmiş patentlərin sayının 406 minə yüksəldiyini ifadə edən Gı, bunun ölkədəki ümumi ixtira patentlərinin 45%-ni təşkil etdiyini qeyd edib.

Gı qeyd edib ki, Çində rəqəmsal iqtisadiyyatın əsas sektorları ümumi daxili məhsulun yüzdə 10-unu təşkil edir.

Günel Məlikzadə