TƏCİLİ! Əhaliyə xəbərdarlıq edildi - İyulun 31-də...
    • 30-07-2024, 16:39
    • 5 228

TƏCİLİ! Əhaliyə xəbərdarlıq edildi - İyulun 31-də...

Azərbaycanın rayonlarında iyulun 31-i əsasən gündüz dağlıq və dağətəyi rayonlarda, avqustun 1-i gündüzdən 2-si səhərədək isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.