-
- 30-07-2024, 22:40
- 274
İsveçrədə səs-küyə səbəb olan kapsul
Dünyanın bir çox ölkəsində köməkli intihar qanuni olsa da, “intihar turizmi”nə gəldikdə, adətən İsveçrə birinci yerdədir.
News24.az xəbər verir ki, İsveçrədə təqdim edilən yeni cihaz qəşəng dizayna malik və insan ölçüsündə kapsuldur. Ən əsası onun təklif etdiyi səyahət heç vaxt geri dönməyəcəyiniz səyahətdir.
“Sarko” (sarkofaq deməkdir) adlanan qutu insana kənar yardım olmadan intihar etmək imkanı verir.
Deməli, içəridə namizəd sadəcə bir düyməyə basaraq azotun buraxılmasına başladır.
Azotla doyma insanın oksigen çatışmazlığı səbəbindən huşunu itirməsinə və sonra saniyələr ərzində ağrısız ölməsinə səbəb olur.
Qeyd edək ki, metod udma və ya hər hansı bir zəhərin vurulmasını tələb etmir. "Sarco" bioloji parçalana bilən materiallardan hazırlandığından tabut kimi də istifadə edilə bilər.
Cihazın təqdimatı yaxın bir neçə həftə ərzində İsveçrədə baş tutacaq.
Bildirək ki, Kapsulun ixtiraçısı Philip Nitschke, həyatına son qoymaq istəyən insanın kapsulun içindəki düyməni basmasından sonra oksigen səviyyəsinin 30 saniyə ərzində sürətlə 21 faizdən 1 faizə düşdüyünü izah edib.
Günel Məlikzadə