Müğənnidən ETİRAZ: “Xahiş yox, tələb edirəm, bir də məni…”
    • Dünən, 23:14
    • 77

Müğənnidən ETİRAZ: “Xahiş yox, tələb edirəm, bir də məni…”

“Hansı verilişə gedirəm, məni meyxanaçı kimi təqdim edirlər, bu, mənim xoşuma gəlmir”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mürsəl Səfərov “GünaydınAzərbaycan” verilişində deyib.

Sənətçi bütün aparıcılara səslənərək, onlardan “bir də verilişlərdə məni meyxanaçı kimi təqdim etməyin” deyə, tələb edib:

“Hər kəsdən xahiş yox, tələb edirəm, məni meyxanaçı kimi yox müğənni kimi təqdim etsinlər. Hansı verilişə gedirəm, məni meyxanaçı kimi təqdim edirlər. Bu, mənim xoşuma gəlmir. Bir dəfə meyxana dediyimi göstərsinlər,sonra mənə meyxana ifaçısı desinlər. Mən meyxana deməyi bacarıram, amma bu, əsas vermir ki, məni hər yerdə meyxanaçı kimi təqdim etsinlər”.