İranda 3 günlük matəm elan edildi
    • 31-07-2024, 13:41
    • 830

İranda 3 günlük matəm elan edildi

İranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə üçün üç günlük matəm elan edilib.

News24.az xəbər verir ki, Haniyə prezident seçkilərində qalib gələn Məsud Pezeşkiyanın andiçmə mərasiminə qatılmaq üçün gəldiyi Tehranda qətlə yetirilib.

İran İnqilabı Keşikçiləri Korpusu Haniyənin qaldığı iqamətgaha hücum edildiyini açıqlayıb.

Hücum zamanı Haniyənin mühafizəçisinin də öldüyü açıqlanıb.

Qeyd edək ki, hücumun gecə saat 02:00-da idarə olunan raketlə həyata keçirildiyi bildirilib.

İran İnqilab Keşikçiləri HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə “sərt və acı cavab” veriləcəyini açıqlayıb.

Günel Məlikzadə