40 gün ağaca zəncirlənmiş vəziyyətdə QALDI
    • 31-07-2024, 15:30
    • 295

40 gün ağaca zəncirlənmiş vəziyyətdə QALDI

Daily Mail yazır ki, Hindistan cəngəlliyində ağaca zəncirlənmiş amerikalı qadın 40 gün yeməksiz və susuz yaşadıqdan sonra xilas edilib.

News24.az xəbər verir ki, KİV-in məlumatına görə, 50 yaşlı ABŞ vətəndaşı Lalita Kumar təsadüfən yerli çobanın ona rast gəlməsi ilə tapılıb. 

Qadın 40 gün yeməksiz və susuz vəziyyətdə qalaraq ağaca qandallanıb. Amerikalı təcili yardım üçün xəstəxanaya aparılıb.

Polis qadının 10 ildir Hindistanda yaşadığı əri tərəfindən cəngəllikdə tərk edildiyindən şübhələnib. 

Vəziyyəti ağır olduğundan, Lalita polislərlə danışa bilməyib. Amma kağıza bu hadisəni ərinin törətdiyini yazıb.

Həkimlər qadının həyati təhlükəsinin olmadığını deyib.


Məryəm İlhamqızı