İndoneziya Rusiyanı "böyük dost" ANLANDIRDI
    • Bu gün, 16:29
    • 47

İndoneziya Rusiyanı "böyük dost" ANLANDIRDI

"Rusiya İndoneziyanın böyük dostudur". 

News24.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İndoneziyanın seçilmiş prezidenti Prabovo Subianto rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bildirib.

"Bildiyiniz kimi, biz Rusiyanı ölkəmizin böyük dostu hesab edirik", - İndoneziya lideri bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası ilə “bu cür əlaqələri” davam etdirmək istəyir.

Subianto iyulun 31-də Moskvaya səfər edib. İndoneziyanın Moskvadakı səfiri Xose Tavares bildirib ki, Subianto Putinlə danışıqlardan əlavə, Rusiyanın müdafiə naziri Andrey Belousovla da görüşməyi planlaşdırır.

Xatırladaq ki, martın 20-də Subianto İndoneziyanın yeni prezidenti seçilib. Onun andiçmə mərasimi oktyabrın 20-də baş tutacaq.


Məryəm İlhamqızı