Mahmud Abbas Türkiyəyə gedir
    • Dünən, 22:40
    • 64

Mahmud Abbas Türkiyəyə gedir

Türkiyə Prezident Aparatının Kommunikasiyalar Direktoru Fahrettin Altun Fələstin Dövlət Başçısı Mahmud Abbasın 14-15 avqust tarixlərində Türkiyəyə səfər edəcəyini və Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında çıxış edəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Altun sosial media hesabındakı paylaşımında "Fələstin prezidenti cənab Mahmud Abbas 14-15 avqust tarixlərində ölkəmizə səfər edəcək. Cənab Abbas, prezidentimiz Rəcəb bəylə görüşəcək. Tayyib Ərdoğan, 14 Avqust Çərşənbə günü, 15 Avqust Cümə axşamı günü Qazi Məclisimizin Baş Assambleyasına qatılacaq" dedi.

Xatırladaq ki, TBMM-də çıxış etmək üçün Ankaraya dəvət edilən Abbas səhhətində problem olduğunu əsas gətirərək Türkiyəyə gələ bilmədiyini bildirmişdi.

Prezident Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Mahmud Abbasa reaksiya göstərərək, "Dəvət etdiyimiz halda gəlməyən Abbas müəllim əvvəlcə bizdən üzr istəməlidir. Dəvət etdik, gəlmədi. Gözləyirik, görək gələcək, ya yox?”dedi.

Günel Məlikzadə