-
- 1-08-2024, 21:14
- 446
Ətin qiyməti niyə qalxır? - SƏBƏBLƏR
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci yarısında ət və ət məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% artıb. Buna səbəb nədir?
News24.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisad eksperti Natiq Cəfərli bildirib ki, ət məhsullarının qiymətinin artması trendi artıq 6 ildir ki, davam edir:
“Hər il biz bu artımın şahidi oluruq. Bunun bir neçə səbəbi var. Əsas səbəblərindən biri də odur ki, iribuynuzlu və xırdabuynuzlu mal-qaranın artım tempini görmürük. Yəni onların sayı ölkə ərazisində çox cüzi artır. Amma bizə güclü şəkildə artım lazımdır ki, bazarda bolluq yaransın. İkincisi, mal-qara saxlayan insanların burada heç bir günahı yoxdur. Çünki, mal-qaraların yemi kəskin şəkildə bahalaşıb. Buna görə də, maya dəyəri də artıb. Yemin qiymətinin artması onların maya dəyərinin yüksəlməsinə səbəb olub”.
Ekspert ətin qiymətinin qalxmasının əsas səbəbini də açıqlayıb:
“Ət və ət məhsullarının qalxmasının ən əsas səbəb isə dizel yanacağının qiymətinin 25 % artımı ilə bağlıdır”.