-
- 1-08-2024, 21:40
- 626
Riki Martin uzun illərdən sonra yenidən Türkiyədə
Grammy mükafatlı sənətçi Ricky Martin "Regnum Live in Concerts" silsiləsi çərçivəsində Belek Turizm Mərkəzində 2500 nəfərlik bir otelin konsert salonunda səhnəyə çıxıb.
News24.az xəbər verir ki, Riki Martin konsertdən əvvəl etdiyi çıxışında Türkiyədəki pərəstişkarları ilə görüşməkdən xoşbəxt olduğunu bildirib.
Maraqlı bir gecə olacağını bildirən Martin, "Uzun fasilədən sonra yenidən Türkiyədə çıxış etdiyim üçün çox xoşbəxtəm. Bu axşam birlikdə əylənəcəyik. Bəzən romantik anlar da yaşayacağıq. Sizə bir az da özümü anlatacam. Bu mahnıların əksəriyyəti bütün dünyada bir nömrə oldu, təşəkkür edirəm. Bunun üçün həmişə minnətdaram. Bu mənim hekayəmdir. Ümid edirəm ki, bundan zövq alırsınız. Mən sizi çox sevirəm".
Təxminən 2 saat davam edən konserti “Həyat fincanı” ilə tamamlayan Martin tez bir zamanda İstanbulda pərəstişkarları ilə görüşmək arzusu ilə səhnəni alqışlarla tərk edib.
Günel Məlikzadə