Ən yüksək maaş alan 10 ÖLKƏ
    • 2-08-2024, 14:29
    • 156

Ən yüksək maaş alan 10 ÖLKƏ

2023-cü ilin sonunda İsveçrə ən yüksək orta əməkhaqqı olan ölkələrin reytinqinə başçılıq edib.

News24.az xəbər verir ki, bu barədə Ceoworld jurnalının hesabatında məlumat verilib.

Ötən il isveçrəlilər ayda orta hesabla 8111 dollar alıblar. 

Qeyd edək ki, söhbət vergilər və digər ayırmalardan geriyə qalan  ümumi əməkhaqqından gedir.

İkinci yerdə Lüksemburq qərarlaşıb. 2023-cü ildə ölkədə orta əmək haqqı ayda 6633 dollar olub. 

İlk üçlük 6455 dollar olan ABŞ ilə yekunlaşır.

Orta əmək haqqına görə ilk 10 ölkəyə İslandiya (6441 dollar), Norveç (5665 dollar), Danimarka (5642 dollar), Kanada (5081 dollar), Qrenlandiya (4665 dollar), İrlandiya (4622 dollar) və Hollandiya (4581 dollar) daxildir.


Məryəm İlhamqızı