-
- 31-05-2019, 18:11
- 1 091
Qənirə Paşayeva şəhidimizlə bağlı ATƏT-in Minsk qrupuna çağırış edib
Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Ağdam rayonu istiqamətində işğalçı Ermənistanın silahlı qüvvələri bölmələri tərəfindən açılan snayper atəşindən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlundan danışıb,Allahdan hərbi qulluqçumuza rəhmət diləyir, ailəsinə və yaxınlarına səbr diləyirik, inşallah şəhidimizin qanı yerdə qalmayacaq deyib.
News24.az xəbər verir ki, millət vəkili Q.Paşayeva ATƏT-in Minsk qrupu həmsədrlərinə çağırış səsləndirərək işğalçı Ermənistanın bu cinayətlərinə səssiz qalmamağa, kəskin etirazını ucaltmağa çağırıb. "ATƏT-in Minsk Qrupunu ədalətsizliyə son qoymağa, işğalçı Ermənistanı kəskin şəkildə qınamağa və ciddi addımlar atmağa çağırırıq," - deyə millət vəkili bildirib və bu günə qədər olan ədalətsiz yanaşmaya son qoyaraq obyektiv mövqe tutmağa və işğalçı Ermənistana qarşı addımlar atmağa çağırıb.