XİN-dən mina təhlükəsi ilə bağlı paylaşım
    • 2-08-2024, 16:59
    • 1 247

XİN-dən mina təhlükəsi ilə bağlı paylaşım

Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.

News24.az xəbər verir ki, bu barədə XİN-in sosial media paylaşımında bildirilib.

Bildirilib ki, bu gün biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri ANAMA əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıb.

"2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq", - əlavə edilib.