Olimpiadanın yayımında SSRİ və Rusiyanın bayrağı qarışdırıldı
    • Bu gün, 17:46
    • 58

Olimpiadanın yayımında SSRİ və Rusiyanın bayrağı qarışdırıldı

Parisdə keçirilən Olimpiya Oyunlarında yayımlanan atletika yarışının təşkilatçıları səhvən qrafikada SSRİ bayrağının əvəzinə rus bayrağını qoyublar.

Çəkic atma yarışı başlamazdan əvvəl dünya və olimpiya rekordlarını göstərən qrafiklər verilib.

SSRİ bayrağı dünya rekordçusu Yuri Sedıxın adı ilə üzbəüz görünüb. Bu nailiyyət 1986-cı ilə aiddir. 

Olimpiya rekordçusu Sergey Litvinovun adının yanında isə səhvən rus bayrağı göstərilib. Bu rekord 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında baş verib.


Məryəm İlhamqızı