"Aktrisa olsam, Xalq artisti olmuşdum" - Əməkdar artist
    • Bu gün, 18:16
    • 44

"Aktrisa olsam, Xalq artisti olmuşdum" - Əməkdar artist

Əməkdar artist Ruhəngiz Allahverdiyeva aktrisa olmaq arzusundan danışıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, qatıldığı teleproqramlardan birində bu barədə söhbət açan müğənni arzusundan imtina etməsinin səbəbini deyib.

"Aktrisa olmaq arzum idi. İndiyə çoxdan Xalq artisti olmuşdum. İnsan böyüdükcə anlayır. Deyirdim ki, tərəf müqabilim mənim üçün xoşagəlməz olarsa, mənə əl vurmasını istəmərəm. Buna görə aktrisa olmadım".