“Səni küçədə görsək, heç salam vermərik” - Tolikdən Danlaya
    • Bu gün, 18:23
    • 54

“Səni küçədə görsək, heç salam vermərik” - Tolikdən Danlaya

“Ölkəmizə qardaş ölkədən gələn, feyk izləyicilər, feyk şərhlər və bəyənmələrlə dolu olan Danla adlı bir bloger, influenser izdihamı görüb. Bəzi qızlarımızın sonradan görənlərin canında olduğuna görə düşünüb ki, bütün Azərbaycan xanımları belədir”.

News24.az xəbər verir ki, bu sözləri instaqramda aparıcı-prodüser Tarix Əliyev yazıb. Türk influenser Danla Biliçin Bakıdakı qalmaqalına münasibət bildirib:

“Amma bu doğru deyil, ora gələn xanımlar belədir. Mən bu Danlaya bildirmək istəyirəm ki, o tədbirə gələnlər görməmiş deyilsə, görməmiş olanlar orada idi. Bütün Azərbaycan xanımları elə deyil. Məsələn, səni küçədə görsək, bəlkə də heç salam vermərik. Bildiyiniz kimi, Türkiyədə instaqram dünəndən qadağan edilib. İnşallah, bir gün Azərbaycanda da bu, baş verər və bu görməmiş influenserlər, ərəb feyk profillərlə özlərinə şərhlər yazanlar anlayarlar ki, bunlar influenser deyillər. Küçəyə çıxanda çox adamın tanımadığı bu xanımı gətirən təşkilatçı da bu vəziyyətə dərhal etirazını bildirməliydi. Təəssüf ki, bu baş vermədi. Ona görə də hər kəsin yerindən durub Azərbaycana gəlməsinə və xalqımızı aşağılamağa icazə vermək doğru deyil”.