"Deyirlər, bu qız pulu hardan tapır?.."
    • Dünən, 21:48
    • 59

"Deyirlər, bu qız pulu hardan tapır?.."

"Mənə ən çox verilən suallardan biri budur ki, bu qız harada işləyir. Bütün günü səhayət edir, şəkil çəkdirir, amma işləmir. Bəs pulu hardan tapır? Mən düşünürdüm ki, 2024-cü ildir, artıq insanlar bilir ki, influenserlik nədir".

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bloger Aynişan Quliyeva İnstaqramda video paylaşaraq belə deyib: "Səkkiz ildir influenser (sosial mediada daim aktiv şəkildə kontent hazırlayan və hazırladığı kontentə müəyyən maraq dairəsi olan kütləyə təsir göstərən şəxs - red.) kimi fəaliyyət göstərirəm və müxtəlif böyük markalarla işbirliyi edirəm. Müqavilə bağlanılır, reklam çəkilir və paylaşılır. Hər paylaşım etdiyim reklama görə dövlətə vergi ödəyirəm.

Bəlkə də çox insan bunu bilmirdi. Amma bu bir həqiqətdir. Artıq illərdir ki, biz vergi veririk və kifayət qədər qazancımız var. Bəzən anlaya bilmirəm ki, niyə bizim ölkədə bir kişinin qazana biləcəyinə maksimum inanırlar, qadının isə pul qazana biləcəyinə inanmırlar.

Qadın istirahət edir, səyahətə çıxır və gözəl geyinirsə ona ya valideynləri, ya da həyat yoldaşı təşkil edir. Bu, ən yaxşı haldır. Pis halda isə müxtəlif ssenarilər yazırlar, o qadın haqqında uydurmalar danışırlar. Başqasının büdcəsini hesablamaqla məşğul olan bu insanlar özlərində olan istedadı kəşf etməklə məşğul olmurlar. Onlar bəlkə irəli gedərlər və başa düşərlər ki, qadın həqiqətən də uğur mənbəyidir. Yetər ki, ağlı başında olsun, nə istəyib-istəmədiyini anlasın".