DİM-ə müraciət etdi, topladığı bal maksimuma çatdırıldı
    • Dünən, 21:56
    • 54

DİM-ə müraciət etdi, topladığı bal maksimuma çatdırıldı

Qəbul imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzində appelyasiya müraciətlərinə baxılması prosesi davam edir.

Apellyasiya komissiyasına müraciət edib müsbət cavab alan abituriyentlərdən biri də Ayxan Salmanovdur.

Onun müraciəti əsaslı hesab edilib və blok imtahanında topladığı nəticə 3.5 bal artırılaraq maksimal 400 bala çatdırılıb.

Ayxan Salmanov buraxılış imtahanında 297.5 bal toplayıb və onun ümumi nəticəsi 697.5 bal olub.

Şəkinin Baş Zəyzid kənd tam orta məktəbi fərqlənmə ilə bitirən Ayxan Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyir./Modern.az