Ukraynanın Rusiyaya hava hücumu DAVAM EDİR
    • 5-08-2024, 19:06
    • 227

Ukraynanın Rusiyaya hava hücumu DAVAM EDİR

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumları nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

News24.az xəbər verir ki, ötən gün Ukrayna qüvvələri Belqorod vilayətinin ərazisini 11 dəfə atəşə tutub. 

Bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

“Dünən Belqorod bölgəsi Ukrayna tərəfindən 11 dəfə atəşə tutulub, 5 nəfər yaralanıb. Çox təəssüf edirik ki, bir qadın pilotsuz təyyarənin hücumuna məruz qalaraq ölüb”.


Məryəm İlhamqızı