-
- 5-08-2024, 10:27
- 1 132
Pezeşkian: Sionistlər cavabsız qalmayacaq
İran dövlət televiziyasının xəbərinə görə, prezident Pezeşkian paytaxt Tehrana səfər edən İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi qəbul edib.
News24.az xəbər verir ki, Pezeşkiyan görüşdə İranda rəsmi qonaq olan Həmas Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsinin beynəlxalq hüququn pozulması olduğunu bildirib və bu sui-qəsdi “İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvi” kimi qiymətləndirib.
Pezeşkian deyib: “Sionistlərin bu təkəbbürü cavabsız qalmayacaq” dedi.
İranın xarici siyasətində regionda və dünyada sabitliyi prioritet təşkil etdiyini bildirən Pezeşkian İsrailin fələstinlilərə qarşı hücumlarının dayandırılması üçün İslam ölkələrinin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda, İran prezidenti İran və İordaniya arasında əlaqələrin bərpasına dair danışıqların sürətlə başa çatmasından məmnunluğunu ifadə edərək, iki İslam ölkəsinin dostluğu və konstruktiv əməkdaşlığının region xalqlarının mənafeyinə uyğun olduğunu bildirib.
Günel Məlikzadə