Şoyqu İrana gedib
    • Bu gün, 15:00
    • 106

Şoyqu İrana gedib

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana işgüzar səfərə gedib.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, Tehranda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq. Şoyqu, həmçinin İran Prezidenti Məsud Pezeşkian tərəfindən də qəbul ediləcək.

Təhlükəsizlik Şurasının aparatından verilən məlumata görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın təhlükəsizlik sahəsindən tutmuş ticarət-iqtisadi layihələrə qədər geniş spektri və gücləndirilməsi, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektləri müzakirə olunacaq.