“O zaman” bu zamanda - 17 il sonra
    • Bu gün, 16:24
    • 71

“O zaman” bu zamanda - 17 il sonra

Estrada ulduzu, tanınmış müğənni Sevda Yahyayeva 17 il öncə ifa etdiyi və xitə çevrilən “O zaman” adlı mahnısını yeni aranjimanda dinləyicilərinə təqdim edib. 

News24.az-ın xəbərinə görə, musiqi Pərviz Mahmudova, sözləri Leyli Erola məxsus mahnının yeni aranjimanı Camal Qurbanov, mix-mastering isə Tufanındır.

Bu, Sevda Yahyayevanın ilk mahnısı olub. İfaçı 2007-ci ildə məhz bu musiqi ilə tanınıb:” Məni "O zaman"la tanıyıb, elə o zamandan sevdiniz. Düz 17 ildən sonra ilk mahnım yeni aranjimanda, tam fərqli tərzdə! Zövqünüzü yenidən oxşayacağıma inanıram”-deyə xanım ifaçı bildirir.