Ruslar azərbaycanlılara hücum edib - xəsarət alanlar var
    • 1-06-2019, 14:40
    • 1 091

Ruslar azərbaycanlılara hücum edib - xəsarət alanlar var

Polşanın paytaxtı Varşavada azərbaycanlı gənclərə hücum olub, xəsarət alanlar var.

News24.az  “Report”a istinadla xəbər verir ki, hücum edənlər milliyyətcə ruslardan ibarət sərxoş dəstə olub.

Bu il mayın 26-da baş verən hücum nəticəsində Zamiq Rüstəmov və Kitabulla Qasımov adlı azərbaycanlılar xəsarət alıblar. 

Hücum edən dəstənin üzvləri qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Azərbaycanlı gənclər Polşada xırda sahibkarlıqla məşğuldurlar.