Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi aparılacaq
    • Bu gün, 20:10
    • 53

Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi aparılacaq

Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi aparılacaq

2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Bunun üçün abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər.

Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.