Parlamentin yunan üzvündən Türkiyəyə SƏRT SÖZLƏR
    • Bu gün, 20:05
    • 58

Parlamentin yunan üzvündən Türkiyəyə SƏRT SÖZLƏR

Avropa Parlamentinin (AP) yunan üzvü Emmanuel Fragkos Türkiyə ilə 2016-cı ildə imzalanmış miqrasiya müqaviləsini “uğursuzluq abidəsi” adlandırıb. 

Avropa Komissiyasına (AK) müraciətində Fragkos iddia edib ki, Ankara sazişdən irəli gələn “öhdəliklərinə biganədir” və “nəzarətdən kənar” hərəkət edir. 

News24.az xəbər verir ki, məktubun mətnini Lenta.ru araşdırıb.

“AB-Türkiyə razılaşması uğursuzluğun abidəsidir, çünki Türkiyə tamamilə nəzarətsiz hərəkət edir. 2020-ci ilin fevral ayında qeyri-qanuni miqrantların mütəşəkkil şəkildə silahlanmasından əlavə, Türkiyə israrla onları Yunanıstan sərhədlərindən keçirməyə çalışır”, – müraciətdə deyilib.

Xatırladaq ki, 2023-cü ilin yanvarında Yunanıstan Türkiyə ilə sərhədində təxminən 180 kilometr uzunluğunda hasar çəkməyi planlaşdırdığını açıqlayıb. 

Məryəm İlhamqızı