Gürcüstan-Rusiya sərhədində yerləşən keçid məntəqəsi AÇILDI
    • Bu gün, 12:46
    • 81

Gürcüstan-Rusiya sərhədində yerləşən keçid məntəqəsi AÇILDI

Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbek” keçid məntəqəsi adi qaydada fəaliyyətini bərpa edib.

News24.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Qeyd olunub ki, "Dəryal" sərhəd-keçid məntəqəsi vasitəsilə hər iki istiqamətdə sərnişindaşıma (pasport nəzarəti və gömrük prosedurları) bərpa edilib.

Xatırladaq ki, bir gün əvvəl "Kazbek" məntəqəsi texniki işlərlə əlaqədar bağlanmışdı.