Putindən İrana xəbərdarlıq
    • 6-08-2024, 17:09
    • 1 249

Putindən İrana xəbərdarlıq

Rusiya prezidenti Vladimir Putin İranın dini lideri Ayətullah Əli Xamneyiyə müraciətində ondan HƏMAS liderinin öldürülməsinə mülayim reaksiya verməsini və mülki İsrail sakinlərinə hücum etməməsini istəyib.

News24.az bildirir ki, bu xəbər İranın iki yüksək səviyyəli rəsmisinin verdiyi məlumata əsaslanıb. Mənbələr deyiblər ki, Putinin mesajı dünən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu tərəfindən yüksək səviyyəli İran rəsmiləri ilə görüşləri zamanı çatdırılıb.

Rusiya hökuməti sualları cavabsız qoyub. Rusiyanın dövlət xəbər agentliyi RİA-nın məlumatına görə, Şoyqu Tehrana səfəri zamanı Haniyənin öldürülməsini müzakirə edib.

Mənbələr Yaxın Şərqin böyük bir müharibənin astanasında olduğunu və sui-qəsdin arxasında duranların belə bir münaqişəyə səbəb olmaq istədiyini iddia ediblər.

Günel Məlikzadə