Apple üçün 20 milyard dollarlıq TƏHLÜKƏ
    • Bu gün, 21:03
    • 41

Apple üçün 20 milyard dollarlıq TƏHLÜKƏ

ABŞ hakiminin Google-un internet axtarışı və axtarış reklamında öz dominantlığını gücləndirmək üçün qanunları pozduğu və qeyri-qanuni monopoliyaya malik olduğuna dair hökm çıxardıqdan sonra Apple-ın Google ilə qazanclı müqaviləsi təhlükə altında ola bilər.

News24.az xəbər verir ki, Wall Street analitiklərinin fikrincə, Google-un antiinhisar cərimələrindən yayınması üçün mümkün həll yolu Google-un Apple cihazlarında standart proqram olması ilə bağlı müqaviləni ləğv etmək ola bilər.

Morgan Stanley analitiklərinin fikrincə, Google bu imtiyaz üçün Apple-a ildə 20 milyard dollar və ya Safari brauzeri vasitəsilə axtarış reklamlarından əldə etdiyi gəlirin təxminən 36 faizini ödəyir.

Analitiklərin hesablamalarına görə, sövdələşmənin iflasa uğraması halında Apple-ın mənfəəti 4-6 faiz azalacaq.

Məryəm İlhamqızı