“Sabah”ın İrlandiya, “Zirə”nin Xorvatiya sınağı
    • Bu gün, 10:58
    • 117

“Sabah”ın İrlandiya, “Zirə”nin Xorvatiya sınağı

“Zirə” və “Sabah” bu gün Avropa Konfrans Liqasında növbəti sınaqlarına çıxacaqlar.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, komandalarımız 3-cü təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

“Zirə” Xorvatiyada yerli “Osiyek”lə qarşılaşacaq. Bu matçı yunanıstanlı Aristotelis Diamantopulos idarə edəcək.

“Sabah” isə İrlandiyada “Sent-Patriks Atletik”in qonağı olacaq. Bu qarşılaşmanı islandiyalı Vilhyalmur Torarinsson idarə edəcək.

Bu raundun cavab oyunları avqustun 15-də gerçəkləşəcək.

Avropa Konfrans Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

8 avqust

22:00. “Osiyek” (Xorvatiya) – “Zirə”

Baş hakim: Aristotelis Diamantopulos

Baş hakimin köməkçiləri: Konstantinos Psarris, Konstantinos Triantafillou

Dördüncü hakim: Konstantinos Perrakis

VAR hakimləri: Stefanos Koymparakis, Spiridon Zampalas

(Hakimlər briqadası Yunanıstandandır)

Osiyek. “Opus Arena”.

22:45. “Sent Patriks Atletik” (İrlandiya) – “Sabah”

Baş hakim: Vilyalmur Torarinsson

Baş hakimin köməkçiləri: Gilfi Mar Siqurdsson, Birkir Siqurdarson

Dördüncü hakim: Helgi Mikel Yonasson

(Hakimlər briqadası İslandiyadandır).

VAR hakimləri: Darren Enqland, Neil Davies (hər ikisi İngiltərə).

Dublin. “Tallayt” stadionu.