Beyonsedən Kamala Harrisə rekord ianə
    • Bu gün, 15:02
    • 90

Beyonsedən Kamala Harrisə rekord ianə

ABŞ prezidenti Co Baydenin yarışdan geri çəkilməsindən sonra namizədliyini açıqlayan Kamala Harrisə dəstək getdikcə artır.

News24.az xəbər verir ki, tanınmış adlar 5 noyabr 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün dəstəklədikləri namizədləri açıqlamağa başlayıb.

Nəhayət, Beyonsun Kamala Harrisin kampaniyasına 4 milyon dollar bağışlayacağı məlum olub.

42 yaşlı müğənninin kampaniya çərçivəsində bir tədbirdə də çıxış edəcəyi və bunun üçün təqvimini dəqiqləşdirdiyi iddia edilib.

Sənətçi Harrisə prezidentlik kampaniyasında "Freedom" mahnısından istifadə etməyə də icazə verib.

Məşhur müğənni Kamalanın namizədliyinin ardınca gül göndərib və bu ifadələrdən istifadə edib:

"Kamala, bu böyük qeyri-müəyyənlik dövründə baş verənlərin yükünü daşımadan, ola biləcək şeylərə inanaraq rəhbərlik etməyi seçdiyiniz üçün təşəkkür edirəm. Biz sizinləyik."


Günel Məlikzadə