Tarkan tərini sildiyi dəsmalı pərəstişkarlarına atdı: Mənim tərim gözəl qoxur
    • Bu gün, 17:58
    • 44

Tarkan tərini sildiyi dəsmalı pərəstişkarlarına atdı: Mənim tərim gözəl qoxur

Samsunda keçirilən musiqi festivalında rep musiqisinin qabaqcıllarından olan Ceza və Türkiyənin Meqastar Tarkan səhnəyə çıxaraq samsunlulara unudulmaz gecə yaşatdılar.

News24.az xəbər verir ki, Samsunlu musiqisevərlər xüsusi gecədə Meqastar Tarkan və rep musiqisinin qabaqcıllarından olan Cezanı canlı dinləmək imkanı qazanıblar. Möhtəşəm gecədə ilk olaraq səhnəyə çıxan Ceza ifa etdiyi mahnılarla pərəstişkarlarını coşdurdu. Ondan sonra Tarkan səhnədə öz yerini tutub.

Tarkan sevilən bir çox mahnılarını ifa edərək pərəstişkarlarını coşdurub.

Konsert zamanı Meqastar Tarkan tərini sildiyi dəsmalı tamaşaçılara atıb. Tamaşaçılarla dialoq quran Tarkan həmin an “Narahat olmayın, tərim gül kimi qoxuyur. İstəsəniz hələ də tərsiz verə bilərəm. Təmizdir" dedi.

Günel Məlikzadə