Fələstin prezidenti Moskvaya gedəcək - RUSİYA XİN
    • Bu gün, 15:02
    • 56

Fələstin prezidenti Moskvaya gedəcək - RUSİYA XİN

Fələstin prezidenti Mahmud Abbasın Moskvaya səfəri yaxın vaxtlarda baş tutmalıdır. 

News24.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Avqustun 6-da Mahmud Abbas Rusiyaya gözlənilən səfərini açıqlayıb. Prezidentin məqsədi cari beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparmaq, mövqeləri əlaqələndirmək və ikitərəfli münasibətləri gücləndirməkdir. O, həmçinin əlavə edib ki, Rusiya və Fələstinin güclü tarixi əlaqələri var.

Qeyd edək ki, həmin gün “The New York Times” İran rəsmilərinin İsraillə mümkün birbaşa toqquşmaya hazırlıq məqsədilə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri tələb etdiyini yazıb. Bu, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri zamanı baş verib.

Məryəm İlhamqızı