Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəldi
    • Bu gün, 15:20
    • 56

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

News24.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib. O, finala gedən yolda Geno Petriaşvili (Gürcüstan) ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.