-
- 9-08-2024, 15:30
- 283
Yaponiya Baş naziri Mərkəzi Asiyaya səfərini ləğv etdi - SƏBƏB
Yaponiyanın baş naziri Kişida Fumio keçirdiyi mətbuat konfransında ölkədə baş verən son zəlzələ və ondan sonra edilən xəbərdarlıqla bağlı danışıb.
News24.az xəbər verir ki, Kişida mümkün zəlzələ ilə bağlı "hökumətin reaksiyasına diqqət yetirmək" üçün Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın daxil olduğu Orta Asiyaya səfərlərini ləğv etdiyini açıqlayıb.
"Ölkənin böhran idarəçiliyinə cavabdeh olan ən yüksək rütbəli məmur olaraq, ən azı bir həftə Yaponiyada qalmalıyam" Kişida deyib.
Dünən xəbər verdiyimiz kimi, Yaponiyanın cənub-qərbindəki Miyazaki prefekturasının sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələdən bir neçə saat sonra Yaponiya Meteorologiya Agentliyi (JMA) Sakit Okeandakı Nankai yarığı ətrafında "böyük zəlzələ"nin baş vermə ehtimalının yüksək olduğunu açıqlayıb.
Həmçinin Tokio və ətraf Kanaqava, Saitama, Yamanaşi və Şizuoka prefekturalarında 5,3 bal gücündə zəlzələ ilə bağlı da təcili xəbərdarlıq edib, ictimai yayım NHK bildirib.
Onu da qeyd edək ki, zəlzələ xəbərdarlığından sonra sunami xəbərdarlığı olmayıb.
Günel Məlikzadə