Benksinin yeni sənət əsəri Londonda oğurlandı
    • Dünən, 23:04
    • 46

Benksinin yeni sənət əsəri Londonda oğurlandı

Benksi adı ilə bütün dünyada tanınan ingilis rəssam, qrafitistin Londonun Pekham bölgəsində peyk antenası üzərinə çəkdiyi sənət əsəri maskalı şəxslər tərəfindən oğurlanıb.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, ətrafdan keçən bölgə sakinləri həmin anları lentə ala biliblər. Qeyd edək ki, bu Benksinin bu həftə ərzində Londonda ortaya çıxan dördüncü əsəri idi. Benksi əsərləri barədə özünün instaqram sosial şəbəkə hesabında paylaşım edir.