Paris-2024: Boksçumuz gümüş medal qazandı
    • Bu gün, 01:06
    • 50

Paris-2024: Boksçumuz gümüş medal qazandı


Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final matçını keçirib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz qazaxıstanlı Lazizbek Mullojonovla qarşılaşıb.

Görüş Qazaxıstan boksçusunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, A.Dominqes gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.